Maraqlı

Kişinin saçına rəng qoyması dini baxımdan icazəlidirmi?

15 Noyabr 2020 21:50
Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elə əməllər var ki, dinimiz onlar haqqında dəqiq hökm vermir, bunu cəmiyyətin düşüncəsinə, adət-ənənəyə buraxır (dində buna "ürf" deyirlər). Kişinin saqqalına rəng (həna, xna) qoyması keçmişdə bəyənilən əməl olmuşdur, istər müqəddəslərimiz, istərsə də sıravi dindarlarımız buna əməl etmişlər. Saçı rəngləməyə gəlincə, şəriətə görə bu, günah deyil. Hətta bəzi hədislərdə buyurulub ki, saçı və saqqalı rəngləmək sünnətdir. Keçmişdə saçlara da həna və ya qara rəngli maddələr sürtmək dəb idi. Bəzi hədislərə görə isə, İmam Əli (ə) nə saqqalını, nə də saçını boyamazdı. Bu məsələ hal-hazırda cəmiyyətin baxış tərzinə bağlıdır. Əgər cəmiyyətdə kişinin saçlarını rəngləməsi müsbət qarşılanmırsa və istehzaya səbəb olursa, bunu tərk etmək məsləhətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.