Maraqlı

Qazanda toyuq kababı

10 Noyabr 2020 08:55
Baxış: 4 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lazım olan ərzaqlar:
1 ədəd toyuq
100 qr qoz ləpəsi
150 qr baş soğan
50 qr kərə yağı
35 qr lavaşana
Duz və istiot zövqə görə.
Hazırlanma qaydası:
Əvvəlcə toyuğun içi təmizlənir, yuyulur, kərə yağı qənnadı şprisinə doldurulub toyuğun döş ətinə kiçik file ilə arasına yeridilir. Lavaşana (sıyıq turşu) isti suda xama qatılığına qədər həll edilir, duz və istiot vurulub qarışdırılır. Alınmış qarışığın ¾ hissəsi toyuğun iç və çöl tərəfinə çəkilir. Hazır toyuq sərin yerdə 1 saat saxlanılır. Qoz ləpəsi və soğan maşından keçirilir, turşu, duz, istiot əlavə edilib qarışdırılır. Toyugun içi həmin qarışıq ilə doldurulur, ayaqları bir-birinə keçirilir və qazana qoyulur. Üzərinə su əlavə edilir, vam odda suyu çəkilib yağa düşənə qədər bişirilir. Yağa düşəndən sonra isə qazanın qapağı bağlanır və tam bişənə qədər qızardılır. Toyuq süfrəyə bütöv şəkildə verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.