Maraqlı

Altı inkişaf etmiş ölkədə koronavirusa yoluxmanın su samuru ilə əlaqəsi aşkarlandı

8 Noyabr 2020 22:15
Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya, İtaliya, Niderland, ABŞ və İsveçrədə su samuru ferması ilə əlaqəli koronavirus infeksiyasına yoluxma müəyyən edilib.

Milli.Az bildirir ki, "İnterfaks" bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinadən xəbər yayıb.

Kopenhagendə koronavirusun belə bir mutasiyasının hər hansı bir peyvəndin effektivliyini poza biləcəyi deyilir.

Eyni zamanda, alimlər hesab edir ki, virusun mutasiyaları əksər hallarda heç bir zərər verməyən və insanlarda xəstəliyin daha ciddi gedişinə səbəb olmayan tipik hadisədir.

Xatırladaq ki, Danimarkadakı su samuru təsərrüfatlarında koronavirusun mutasiyası aşkar edilib, bu səbəbdən ölkənin şimal-şərqində xüsusi məhdudiyyətlər tətbiq olunub. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.