Maraqlı

Tutuquşu sahibinin həyatını xilas etdi

8 Noyabr 2020 07:00
Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Kvinslend ştatında tutuquşu sahibini diri-diri yanmaqdan xilas edib.

Milli.Az xəbər verir ki, Anton Nquyen yuxudan tutuquşunun onun adını çağırmasına oyanıb və ətrafının tüstü içində olduğunu görüb.

"Eriki (tutuquşunun adıdır) götürüb qapını açdım. Gördüm ki, evin arxa hissəsi alov içindədir. Çantamı götürərək qaçdım", - deyə gənc bildirib.

Bina tamamilə alovlara bürünsə də, fövqəladə xidmət yanğının qonşu binalara yayılmasının qarşısını ala bilib. Hadisənin səbəbləri araşdırılır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.