Maraqlı

Rusiyada yarasalarda naməlum koronavirus növləri tapıldı

30 Oktyabr 2020 21:59
Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federal Virusologiya və Mikrobiologiya Mərkəzinin direktoru Denis Kolbasov bildirib ki, Rusiyada uçan yarasalarda bir neçə növ yeni koronavirus aşkarlayıblar.

Milli.Az xəbər verir ki, alim insanın onlardan yoluxa biləcəyini istisna etmir. Əgər insan onların ətini yeyərsə, nəcisinə toxunarsa, yoluxa bilər.

Yarasalara toxunmaq, sonra həmin əlləri gözə, ağıza toxundurmaq yoluxmaya zəmin yaradır.

Səthi olaraq virus nəcislə keçə bilər.

Rusiyada olan yarasalarda bir neçə növ koronavirus olduğu məlumdur. Qeyd edək ki, koronavirusun 49 növü var.

Mütəxəssislər bildirir ki, Yuhan koronavirusu yarasadan keçdiyi üçün ərazisində yarasa çox olan regionların əhalisi ehtiyatlı olmalıdır.

Rusiyanın hər yerində, hətta Piterdə də yarasalar uçur.

Bir müsbət məqam var ki, qışda yarasalar yuvalarında qış yuxusuna gedir, yazda aktivləşirlər. Ona görə indi yarasanın məskəninə gedib çatmayana kimi birbaşa uçan iblisdlərdən yoluxma riski azdır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.