Maraqlı

"WhatsApp" masaüstü kompüterlər üçün videozəng funksiyasını sınaqdan keçirir

21 Oktyabr 2020 21:30
Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WABetaInfo" insayder resursunun məlumatına görə, populyar messencerin tərtibatçıları messencerin masaüstü versiyası üçün səsli və videozəng funksiyasını sınaqdan keçirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dərc edilmiş ekran görüntülərinə əsasən, müvafiq funksiyalar artıq beta sınaq mərhələsindədir. Ekran görüntülərinə əsasən, zəng daxil olduqda kompüterin ekranında cavab vermək və ya imtina etmək kimi seçimlərdən ibarət üzə çıxan pəncərə yaranır.

Həmçinin "WABetaInfo" resursunun məlumatına görə, tərtibatçılar messencerin veb-versiyası üçün qrup halında səsli və videozəng xidməti hazırlayırlar. Daha əvvəl bu funksionallıq messencerin "iOS" və "Android" üçün versiyalarında əlçatan olub. Messencerin tərtibatçıları masaüstü kompüterlər üçün müvafiq funksionallığın çıxarılma tarixini açıqlamayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.