Yeni Honda Civic modelinin patent təsvirləri peyda olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
On birinci nəsil Honda Civic modelinə həsr olunmuş Civic XI forumunda, növbəti modelin patent şəkilləri dərc edilib. Yalnız təsvirlərdən göründüyü kimi, yeni hetçbek sələfinin ümumi konsepsiyasını və nisbətlərini qoruyacaq, eyni zamanda, nəzərə çarpacaq dərəcədə dəyişəcəkdir.
Əgər dərc edilən şəkillər həqiqətən yeni nəsil Honda Civic modelinə aiddirsə, o zaman yeni avtomobilin çöhrəsində sələfinə xas olan aqressiyadan əsər-əlamət qalmadığını söyləmək gərəkdir. Avtomobil, ona məxsus olan iti bucaqlardan məhrum olub, daha uzun və daha alçaqdır.
Milli.Az autograph.az-a istinadən bildirir ki, ən diqqətəlayiq dəyişikliklərdən biri də fərqli dizayna malik olan fənərlərdir - onların hər birində kvadrat formal LED bloklar peyda olub. Üstəlik, baqaj qapağına keçən fənərlər nazik zolaq ilə birləşdiriliblər.
Civic modelinin istehsalının Böyük Britaniyadan ABŞ-a köçürüləcəyi və yeni modelin debütünün gələn ilin yazında keçiriləcəyi artıq məlumdur. Model sedan və hetçbek kuzovlarında təklif ediləcəkdir. Üçqapılı Civic Coupe /Si Coupe modellərinə gəldikdə isə, onların model xəttini tərk edəcəyi barədə şayiələr dolaşır. Səbəb isə məlumdur - bu il belə modellərə olan tələb ən aşağı səviyyədə olub.
Yeni Honda Civic modelinin mühərrik çeşidinə gəldikdə isə, onun tərkibi satış bazarından asılı olacaqdır. Hazırda Civic modelləri 141 at qüvvəli 1.8 i-VTEC atmosfer benzin mühərriki, 120 at qüvvəli 1.6 i-DTEC dizeli, həmçinin 126 at qüvvəli 1.0-litrlik və 182 at qüvvəli 1,5-litrlik benzin turbomühərrikləri ilə təklif edilirlər.
Eyni zamanda, "bərkgedən" Honda Civic Type R hetçbekinin 2.0-litrlik turbomühərrikə əsaslanan üçmühərrikli hibrid güc qurğusu ilə təchiz ediləcəyi bildirilib. "Qaynar" hetçbek tam ötürməyə və 400 at qüvvəsinə malik olacaqdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Stilist Anar Pərvin Abıyevanın görünüşünü dəyişdi - VİDEO
-
Türkiyədə müğənninin Ərdoğan üçün ifası diqqət çəkib - VİDEO
-
Balaəli həbsdə olan Rəşad Dağlıya mahnı həsr etdi - VİDEO
-
Kəmalə Günəşli: "Oğlumdan əl çəkin!"
-
Kənan Doğulu Bereni başqa qadınla səhv saldı - VİDEO
-
Azərbaycanda avtomobil alanlar niyə Çin markalarına üstünlük verir? - ARAŞDIRMA
XƏBƏR LENTİ
-
Masallıda 69 yaşlı qadın baltalanaraq öldürüldü
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığında YANĞIN
-
Ayın 13-də 35 dərəcə isti olacaq
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO
-
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
-
DÇ-2026-nın açılışında ölüm hadisəsi olub
-
İstanbul hava limanında 746 min manatlıq narkotik ələ keçirildi - FOTO
-
Xaçmazda narkotik əkib-becərən və satan şəxslər saxlanılıb
-
Bakıda 66 yaşlı kişi dənizdə boğularaq öldü
-
Bölgələrdə yağış və şimşək müşahidə olunur
-
Türkiyədə 9 məşhur narkotikə görə həbs edildi
-
Stilist Anar Pərvin Abıyevanın görünüşünü dəyişdi - VİDEO
-
İsti havalarda az yemək təhlükəli ola bilər
-
Türkiyədə müğənninin Ərdoğan üçün ifası diqqət çəkib - VİDEO
-
Antalyada təyyarə dirəyə çırpıldı - 267 sərnişin təxliyə edildi
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
-
Balaəli həbsdə olan Rəşad Dağlıya mahnı həsr etdi - VİDEO
-
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
-
Yay mövsümündə əhali Bakıdan ən çox hansı istiqamətlərə uçurlar?
-
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
-
Parlamentdə 10 məsələ müzakirəyə çıxarılır
-
PSJ Olise üçün hərəkətə keçdi
-
Kredit borcu olan əsgərlərə güzəşt varmı?





