Maraqlı

Məşhur bacılardan erməni terrorizmini dəstəkləyən Kardaşyana etiraz

12 Oktyabr 2020 10:24
Baxış: 18 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə həftədir işğalçı Ermənistanın Azərbaycana qarşı son təxribatları dünya şou-biznesinə də təsirsiz ötüşməyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əslən Ermənistandan olan Amerikanın realiti-şou qəhrəmanı Kim Kardaşyan bacısı Kloe ilə birgə erməni terrorizmini, uşaq ölümlərini dəstəkləyən postlar paylaşıb. Kardaşyanlar həmçinin dünyaca məşhur simalara da müraciət edərək sözügedən "kampaniya"ya qoşulmalarını rica ediblər.

Əvvəlcə model Naomi Kembel, rep ifaçısı Kardi B, Elton Con və başqaları Azərbaycan əleyhinə postlar paylaşsalar da, daha sonra sözügedən statusları siliblər.

Kardaşyanın terroru dəstəkləməsinə dünya ulduzlarından ilk etiraz edən isə əslən Fələstindən olan məşhur Bella və Gigi Hadid bacıları olub.

"Viktoriya Sekret"in modelləri Kardaşyan aqressiyanı təbliğ etdiyi üçün onu instaqramda "unfollow" ediblər.

Bunun əsas səbəblərindən biri də Gigi Hadidin sevgilisi, əslən Pakistandan olan Zeyn Malikin bacısı Saşanın erməni hücumlarına geniş yer verməsi və reallığı göstərməsidir. 

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.