Maraqlı

Məşhur müğənni üçün ağır gün: Qızı üçün dua edilməsini istədi - FOTO

12 Oktyabr 2020 09:24
Baxış: 4 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur müğənnisi Sinan Özen sosial media hesabından sevənlərinə müraciət edərək, qızı Neva üçün dua edilməsini istəyib. İfaçının qızı qarşıdakı həftə yeddinci dəfə əməliyyat olunacaq.

Milli.Az bildirir ki, bu brədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Sinan Özen və həyat yoldaşı Burcu Kartalın fevral ayında əkiz uşaqları dünyaya gəlib. Ancaq oğluna Sanberk, qızlarına Neva adını verən cütlüyün sevinci qısa çəkib. Belə ki, az müddətdən sonra qızlarında bağırsaq problemləri ortaya çıxıb. Balaca dünyaya gələndən bəri artıq altı dəfə əməliyyat olunub. Yeddinci əməliyyat isə oktyabrın 17-nə təyin olunub.

İfaçı bununla bağlı özünün "Instagram" hesabında paylaşım edib:

"Güclü qızlar, güclü sabahlar deməkdir. "11 oktyabr Qız Uşaqları Günü"nüz mübarək olsun. Bu vəsilə ilə oktyabrın 17-də vacib əməliyyata girəcək qızım Neva üçün dualarınızı əksik etməməyinizi istəyirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.