Maraqlı

Rihanna müsəlmanlardan üzr istədi - SƏBƏB

7 Oktyabr 2020 15:59
Baxış: 4 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur müğənni Rihanna dəfiləsində hədis səsləndiyi üçün müsəlmanlardan üzr istəyib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Rihanna keçən cümə günü öz markasını nümayiş etdirmək üçün dəfilə təşkil edib. Dəfilə zamanı səslənən Koukou Kloyenin İslami hədisə yer verdiyi Doom mahnısı müsəlmanların etirazına səbəb olub. Müğənni ''Twitter'' hesabında bu barədə paylaşım edərək müsəlmanlardan üzr istəyib.

''Dəfilə zamanı baş verən xətaya etirazlarını bildirdikləri üçün müsəlmanlara təşəkkür edirəm. Diqqətsiz xətam üçün sizdən üzr istəyirəm. Bir çox müsəlman bacı və qardaşlarımızı incitdiyimizi bilirəm və bu səbəbdən çox məyusam. Tanrıya və heç bir dinə qarşı hörmətsizlik etmirəm. Anlayışınız üçün hər birinizə öz təşəkkürümü bildirirəm'' -deyə, o qeyd edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.