Maraqlı

Kardi B azərbaycanlılardan üzr istədi - FOTO

7 Oktyabr 2020 10:40
Baxış: 5 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur repçi Kardi B azərbaycanlılardan üzr istəyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində məlumat yayıb.

Rəsmi hesabında səsyazısı paylaşan sənətçi araşdırma aparmadan Ermənistana dəstək olduğunu bildirib. O, paylaşımdan sonra səhifəsində xeyli sayda şərh yazıldığını, terrora dəstəkdə ittiham olunduğunu vurğulayıb.

Kardi açıqlamasını "Çox üzr istəyirəm, biz araşdırmadıq" başlığı ilə yayıb. Repçi daha sonra Nigar Xəlilova adlı istifadəçinin "onlayn təhsillə tarix öyrənir! Kardi B terrorizmi dəstəkləyir" tvitinə cavab verib:

"Mən terrorizmi dəstəkləmirəm. Mən yalnız dostuma görə paylaşım etdim. Heç bir araşdırma etmədən. Buna görə üzr istəyirəm. Mən müharibəni sevmirəm. İki ölkə arasındakı münaqişələri sevmirəm, çünki günahsız insanlar ziyan çəkir, buna nifrət edirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.