Maraqlı

Deniz Çakırdan Kardaşyana "dəstək" - FOTO

30 Sentyabr 2020 13:33
Baxış: 13 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaprak dökümü" serialındakı Ferhunde obrazı ilə tanınan aktrisa Deniz Çakır Kim Kardaşyanı tənqid edən türk aparıcını qınayıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Deniz Çakır "Show TV" kanalının aparıcısı Ece Üneri qalmaqallı çıxışına görə sərt tənqid edib.

D.Çakır verilişdə Kardaşyan barəsində "Kim Kardaşyanın kameraya göstərməyə öyrəşdiyi böyük bir mənbəsi var. Görəsən, bunu uyduranda da həmin mənbədən yararlanıb?" sözlərini işlədən aparıcı Ece Üneri tərbiyəsizlikdə günahlandırıb.

Digər türkiyəli məşhurlardan fərqli olaraq Qarabağ məsələsində Azərbaycana dəstəyini bildirməyən Deniz Çakırın Ece Üneri qınaması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, erməni pornoulduz Kim Kardaşyan iki gün əvvəl milyonluq Instagram səhifəsinin "story" bölməsində paylaşım edərək həmvətənləri üçün dua istəyib, Azərbaycanı işğalçılıqda günahlandırıb, Türkiyəni bu məsələlərə qarışmaqda ittiham edib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.