Maraqlı

Mazda CX-30 krossoveri də Turbo versiyasına sahib olub - FOTO

4 Oktyabr 2020 23:58
Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mazda 3 modelinin 2.5-litrlik turbomühərriklə təchiz edilən top versiyasının ardınca, onunla eyni platformanı paylaşan Mazda CX-30 krossoveri də bu turbömühərrikə sahib olub. Texniki cəhətdən modellər eynidir, buna görə "otuzluq" da Skyactiv-G Turbo mühərrikinin eyni versiyasını əldə edib. Super benzindən istifadə etdikdə mühərrik 253 at qüvvəsi və 434 Nm fırlanma anı hasil edir. Normal benzinlə hasilat 230 at qüvvəsi və 420 Nm təşkil edir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Mazda CX-30 2.5 Turbo modeli standart olaraq altı pilləli "avtomat" və tam arxa oxu qoşan muftası olan i-Activ tam ötürməs sistemi ilə təchiz edilir. Bununla birlikdə, Mazda krossoverin dinamikasını açıqlamayıb. Məsələ burasındadır ki, turboversiyanın əsas staış bazarı olan Şimali Amerikada bu göstəricilərin dərc edilməsi mütləq deyil.

Bununla belə, "qasırğa" sürətlənməsinə ümidlər bəsləmək əbəsdir. İş orasındadır ki, güclü mühərrikləri olan həm Mazda3, həm də CX-30 modeli zəngin avadanlıqlara malikdirlər və ilk növbədə rahatlığa kökləniblər, buna görə də, 100 km/saat həddinə sürətlənmə müddəti təxminən yeddi saniyə olacaqdır.

Mazda CX-30 2.5 Turbo krossoverinin ABŞ bazarındakı satışına ilin sonunda başlanacaqdır. Turboversiyanın təqribən 35 min dollara satılacağı gözlənilir. Ancaq digər bazarlarda belə bir versiyanın satılması ehtimalı çox azdır. Məsələn, Avropadakı mühərrik çeşidinin zirvəsində, Amerika bazarında təklif edilməyən180 at qüvvəli 2.0-litrlik Skyactiv-X kompressorlu benzin mühərriki qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.