Maraqlı

Ford yeni əmtəə nişanını qeydə alıb - FOTO

4 Oktyabr 2020 23:30
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatlarının Patent və Ticarət Nişanı Bürosu (USPTO) Ford şirkətinin müraciətinə əsasən minik və yolsuzluq avtomobillərini adlandırmaq üçün nəzərdə tutulan Warthog ticarət nişanını qeydə alıb.

Ford şirkətinin ərizəsinə əsasən, Warthog ticarət nişanı bu markanın minik və yolsuzluq avtomobilləri, habelə pikaplar üçün istifadə edilə bilər. Motor Trend nəşri, Ford konsernindəki mənbələrinə istinadən, bu adın Ford Bronco modelinin ekstremal versiyası üçün patentləşdirildiyini iddia edir. "Bərkgedən" Bronco modelinin Raptor ("Yırtıcı") deyil, Warthog ("Buxaqlı çöldonuzu") adlandırılması ehtimalı yüksəkdir. Raptor adı isə Ford pikaplarının imtiyazı olaraq qalacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bu versiyanı hazırda sınaqlarından keçən Bronco modelinin yüksək məhsuldarlıqlı modifikasiyasının prototiplərində xarakterik radiator barmaqlığının olmaması da edir. Ford Bronco modelinin layihə meneceri Erik Leffler, Bronco modelinin V8 mühərriki ilə təchiz edilmiş versiyasının buraxılmayacağını bildirib. Onun bilridirdiyinə görə, müştərilərin əksəriyyətinə kapotun altında neçə silindrin olması maraqsızdı. Alıcıları maraqlandıran əsas şey kifayət qədər gücün və fırlanma anının olması, habelə qənaətcillikdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.