Maraqlı

Range Rover elektrokarı gələn ay debüt edə bilər - FOTO

8 Oktyabr 2020 21:35
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsayderlər Jaguar Land Rover şirkətinin yaxın həftələrdə elektriklə hərəkətə gələn Range Rover krossoverini və yeni nəsil Jaguar XJ sedanını təqdim edəcəyini bildiriblər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, əvvəllər koronavirus pandemiyası səbəbindən Jaguar Land Rover konserninin iki lüks elektromobilin təqdimatını 2021-ci ilə qədər təxirə saldığı bilinsə də, Autocar nəşri elektriklə hərəkətə gələn Range Rover modelinin bir ay sonra - bu ilin oktyabrında debüt edəcəyini bildirib.

Noyabr ayında isə, daha bir elektromobilin - yeni nəsil Jaguar XJ sedanının debütü baş tutmalıdır. İnsayderlərin bildirdiyinə görə, bu barədə məlumat JLR konserninin baş maliyyə direktoru Ədrian Mardell tərəfindən konsernin sərmayədarları və tərəfdaşları ilə keçirdiyi onlayn konfrans zamanı səsləndirilib.

Hələlik adı naməlum olan Range Rover elektrik krossoveri və yeni Jaguar XJ elektrik sedanı yeni MLA platformasında inşa edilib. Şayiələrə görə, yeni Range Rover indiki daxili yanma mühərriki olan modellərindən alçaq olacaq və daha çox universala bənzəyəcəkdir.

Yarım əsr ərzində səkkiz nəsil dəyişdirən Jaguar XJ sedanı isə, tarixində ilk dəfə olaraq elektrik güc qurğusu ilə təchiz ediləcəkdir. İlkin plana əsasən, bu modellər 2020-ci ilin avqust və sentyabr aylarında debüt etməli idilər, lakin pandemiya səbəbindən istehsalçı təqdimatları təxirə salmaq məcburiyyətində qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.