Maraqlı

Volkswagen Taos krossoverini təqdim etməyə hazırlaşır - FOTO

8 Oktyabr 2020 19:01
Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Volkswagen şirkəti krossoverlərin sayını artırmaqda davam edir. Gələn ayın 13-də alman şirkəti ABŞ-da yeni krossoveri təqdim edəcəyini açıqlayıb. İstehsalçı yeni modelin tizerini dərc edərək, onun adını açıqlayıb - Volkswagen Taos. Avtomobil ABŞ-ın Nyu Meksiko ştatındakı şəhərin sərəfinə adlandırılıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, əslində bu o qədər də yeni bir model deyil. Bu krossover ilk dəfə 2018-ci ildə Çində debüt edən və yerli bazarda Volkswagen Tharu kimi tanınan krossoverdir. Öz növbəsində,Tharu MQB platformasında inşa edilmiş Skoda Karoq krossoverinin uzun təkər bazasına malik olan modifikasiyasının üzü dəyişdirilmiş versiyasıdır.

Bununla belə, alman konserninin rəhbərliyi əvvəlcədən bu krossoverin qlobal model olacağını bildirmişdi. İlkin plana görə, Avropada Tharu adı ilə satılacaq model, Meksika və Argentinada Volkswagen Tarek kimi istehsal edilməli idi. Ancaq göründüyü kimi, bu strategiyadan yayınmağa qərar verilib.

Casus şəkillərinə baxanda Taos modelinin Çində satılan Tharu krossoverindən ön və arxa tərəfin dizaynı ilə fərqlənəcəyi görünür: avtomobil fərqli bamperlərə, ön və arxa işıq texnikasına, radiator barmaqlığına malikdir.

Bundan başqa, tizerdəki avtomobilin radiator barmaqlığında LED xətlərə malik olduğu da görünür. İlkin məlumata görə, Amerikalı Taos və çinli Tharu modelləri eyni təkər bazasına (2681 millimetr) və oxşar uzunluğa (4468 millimetr) sahib olacaqdırlar. Yeni krossover Amerikada təklif edilən model xəttində Tiguan modelindən bir pillə aşağıda yerləşəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.