Maraqlı

Rolls-Royce uzunbazalı Ghost modelini təqdim edib - FOTO

8 Oktyabr 2020 23:30
Baxış: 1 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rolls-Royce şirkəti rəsmi olaraq ikinci nəsil Ghost Extended modelini təqdim edib. Qeyd etmək gərəkdir ki, adi Ghost sedanının təqdimatı zamanı da uzunbazalı avtomobilin şəkilləri dərc edilmişdi. Ghost Extended modelinin standart sedandan əsas fərqi 170 millimetr artmış təkər bazasıdır. Üstəlik, arxa sərnişinlərin ayaq zonasındakı məkan baxımından uzunbazalı sedan daha iri Phantom modelini də üstələyib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Rolls-Royce Ghost Extended modelinin uzunluğu 5716 millimetr, eni - 2148 millimetr, hündürlüyü -1571 millimetr, təkər bazasının genişliyi isə 3465 millimetrdir. 170 millimetrlik artım əsasən arxa sərnişinlərin ayaqları zonasındakı məkanı artırmaöa yönəldilib: bu göstəriciyə görə, sedan yalnız 3752 millimetrlik təkər bazasına malik olan Phantom Extended modelindən geri qalır. Məlum məsələdir ki, Ghost Extended modelində əsas diqqət ikinci cərgəyə yönəldilib.

Birincisi, Ghost Extended modelini ilk dəfə olaraq qatlanan Serenity oturacaqları ilə sifariş etmək olar. İkincisi, arxa oturacaqlar arasında şampan şərabı üçün nəzərdə tutulmuş soyuducu var - amma, bu qeyri-adi bir soyuducudur.

Rolls-Royce şirkəti Master Sommelier (dünya Sommeliers üçün əsas araşdırma orqanı olan Master Sommeliers Məhkəməsinin ən yüksək sertifikatı) ilə məsləhətləşərək adi şampan şərabı üçün ən optimal temperaturunun altı dərəcə, vintaj şampan şərabı üçün isə təxminən 11 olduğunu təsbit edib. Odur ki, soyuducu iki rejimdə işləyir.

Qalan cəhətdən Ghost Extended modeli adi sedandan heç də fərqlənmir. Sedanın təchizatına Wi-Fi giriş nöqtəsi, 600 metrə qədər məsafəni işıqlandıran Brilliance lazer fənərləri, Micro-Environment Purification System (MEPS) havanın təmizlənməsi sistemi və "ən müasir proyeksiya ekranı" daxildir.

Bundan başqa, model yuxarı köndələn qolun dempferi, elektronika tərəfindən idarə edilən amortizatorlara qoşulmuş Flagbearer stereo kameralarından və özüdüzənlənən hava dayaqlarından ibarət olan Planar asqısı ilə təchiz edilir.

Rolls-Royce Ghost Extended modeli 571 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 6.75-litrlik V12 biturbo mühərrik və 8-pilləli "avtomat" ilə təchiz edilir. Uzunbazalı modelin dinamik göstəriciləri adi Ghost sedanı ilə eynidır: taötürməli sedan 100 km/saat həddinə 4.8 saniyəyə sürətlənir, maksimal sürət həddi isə 250 km/saatdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.