Maraqlı

Altı aylıq uşaq su xizəyi ilə DÜNYA REKORDUNU QIRDI - VİDEO

27 Sentyabr 2020 23:15
Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Yuta ştatında Pauell gölünün şəffaf sularını keçən balaca amerikalı planetin ən gənc su xizəkçisi kimi dünya rekordunu təzələyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, altı ay dörd günlük Riç Keysi Hamferisin görüntüləri ailənin "Instagram" hesabında paylaşılıb.

Şərhlərdə bir çoxları Riçin bu nailiyyətini yüksək qiymətləndirsələr də, valideynləri məsuliyyətsizlikdə təqsirləndirənlər də az olmayıb.

Riçə qədər dünya rekordu floridalı Zayla Sent Onja aid olub. 2016-cı ildə o, altı aylıq və 27 günlük olarkən su xizəyini sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.