Maraqlı

"Xərçəngdə çəkdiyim ağrı koronavirusdakının dörddə biri belə deyildi"

25 Sentyabr 2020 07:41
Baxış: 1 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diyarbəkirdə yaşayan və 27 ildə 4 dəfə xərçəngə qalib gəlməyi bacaran Xərçəng Dərnəyinin 66 yaşlı rəhbəri Şükrü Abay koronavirusa yoluxduqdan sonra yaşadığı ağrıları dilə gətirib.

Milli.Az xəbər verir ki, o, xərçəngdə çəkdiyi ağrının yeni tip virusun yaşatdığı ağrı ilə müqayisədə dörddə biri olmadığını bildirib.

"Koronavirusdan çəkdiyim ağrını bir film olaraq seyr etsəydim, deyərdim ki, bu ağrını yaşamamaq üçün insan nəinki bir həftə və ya bir ay, bir ömür boyu evdən çıxmamağa razı olardı. Çünki dözüləsi acı deyildi", - Ş.Abay deyib.

Bu il koronavirusa yoluxduğunu deyən dərnək rəhbəri müalicə müddətində yaşadığı ağrını ifadə edən sözlər olmadığını deyib:

"Koronavirusun yaşatdığı acı çox dəyişikdir. Mən 4 ağır xərçəng yaşadım, illərimi aldı, amma COVID-19-un verdiyi ağrı-acı daha şiddətli idi. Bəlli deyil ki, bu və ya başqa bir dünyadasan. Nə yediyini, nə içdiyini bilmirsən. Yataqda ağrı ilə çox boğuşdum. Bu, ağrı ilə mübarizə aparmaqdan çox boğuşmaq idi. İlk 6 gün koronavirusla şiddətlə boğuşdum. Elə bilirdim ki, o biri dünyadayam. Gözümü yumanda qəribə varlıqlar, xəyallar görürdüm. Ölüm-qalım arasında idim, sümüklərim çox sızlayırdı. Odur ki, hər kəsə sosial məsafə qaydalarını gözləməyi, maskasız küçəyə çıxmamağı məsləhət görürəm".

Abay xərçəngə tutulduqdan sonra həyatının çox dəyişdiyini, qidalanmasına diqqət etdiyini bildirib:

"Xərçəngdən əvvəl nə gəldi yeyirdim, stressli idim. İnsanlara qarşı aqressiv idim, təbiətlə barışmırdım. Sonra həyatım 180 dərəcə dəyişdi, dözümlü oldum, hər şeyə gözəl baxdım. Yediklərimə diqqət edirəm, cəfəri, gül kələmi, brokkoli, pomidor, kələm və xiyarı yüngülcə duzlayıram, üzərinə limon sıxıb yeyirəm".

Qeyd edək ki, Şükrü Abay 1993-cü ildə bağırsaq xərçənginə, 2006-cı ildə dəri, 2010-cu ildə rektum, 2016-cı ildə isə yenidən dəri xərçənginə tutulub. O, həyatının 27 ilini bu dəhşətli xəstəliklə mübarizəyə sərf edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.