Maraqlı

Ancelinanın qızı cinsiyyət dəyişmə terapiyasından sonra belə görünür - FOTO

24 Sentyabr 2020 12:16
Baxış: 3 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ancelina Coli və Bred Pittin qızı cinsiyyət dəyişmə terapiyasından sonra tanınmaz hala düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" məlumat yayıb.

14 yaşlı Şaylo Coli-Pitt saç düzümünü dəyişib və daha çox qıza bənzəməyə başlayıb. Bu yaxınlara qədər isə ulduzların övladı şalvar geyinib özünü oğlan kimi aparırdı.

Görünür, Ancelina Coli və Bred Pittin qızı oğlan olmaq fikrindən daşınıb.

Aktrisa bugünlərdə uşaqlarla birlikdə Qərbi Hollivudda görülüb. Onları cangüdənlər müşayiət edib.

Kadrlardan birində maraqlı bir detal üzə çıxıb. Şaylo Coli-Pitt cinsiyyət dəyişmə terapiyasından sonra fərqli görünməyə başlayıb. Əgər əvvəllər Şaylo Coli-Pitt oğlan geyimləri geyinir, yöndəmsiz zahiri görünüş və qısa saç düzümünə malik idisə indi 14 yaşındakı qız uzun müddət sonra ilk dəfə çılpaq ayaqları ilə ictimaiyyət qarşısına çıxıb. Həmçinin saçları da bir qədər uzanıb və onları arxadan toplayıb.

Xatırladaq ki, Ancelina Coli övladına cinsiyyət dəyişmə terapiyası üçün icazə verib. Şayiələrə görə, aktrisa Şaylonun yetkinlik yaşına çatana qədər cinsiyyətini dəyişdirmək üçün əməliyyat ola biləcəyi klinika axtarıb. A.Coli həmçinin əməliyyat üçün başqa bir ölkəyə köçmək fikrini də istisna etməyib.

Şaylo kiçik yaşlarından ətrafındakılardan onu Con adlandırmalarını xahiş edib. O, qız paltarları geyinməkdən imtina edib və onu oğlan kimi qəbul etməyi tələb edib.

Şaylonun atası Bred Pitt isə qızının yetkinlik yaşına çatana qədər terapiya qəbul etməsinə qarşı çıxıb. Bu zaman Coli maraqlı bir üsul düşünüb və övladına "bir həftə qız, digər həftə isə oğlan kimi" yaşamağı təklif edib.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.