Maraqlı

“Emmy” mükafatları yeni formatda təqdim olundu - FOTO

21 Sentyabr 2020 19:39
Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial hadisələrin adi formata nə zaman qayıdacağını söyləmək çətindir - koronavirusun ikinci dalğası bunu uzun müddət gözləməli olduğumuzu göstərir. Buna baxmayaraq, pandemiya nüfuzlu musiqi və kino tədbirlərinin keçirilməsinə mane olmur.

Milli.Az xəbər verir ki, 72-ci dəfə keçirilən "Emmy" mükafatları dünən ABŞ-da yeni formatda öz sahiblərinə təqdim olunub.

Şou onlayn olduğundan qırmızı xalı keçidi ləğv edilib. Ancaq sosial şəbəkələr və televiziya yayımları sayəsində tamaşaçılar bəzi məşhurların şəkillərini qiymətləndirməyi bacarıb. Mərasimə Cenifer Eniston, Riz Uizerspun, Zendaya, Kerri Voşinqton və digər ulduzlar qatılıb. Mükafatın formatı həmişəkindən seçilsə də, bir çox ulduz mərasimə xüsusi hazırlıq görüb. Bəziləri onlayn yayıma dəbdəbəli geyimdə qoşulub, digərləri isə rahat, hətta ev geyiminə üstünlük verib.

"Emmy" mükafatlarının sahibləri

Ən yaxşı komediya serialı - "Şitts Krik" (Pop TV)

Komediya serialında ən yaxşı aktyor - Yudcin Levi - "Şitts Krik"

Komediya serialında ən yaxşı aktrisa - Ketrin O'Hara, "Şitts Krik"

Ən yaxşı dram serialı - "Varislər" / (HBO)

Dram serialında ən yaxşı aktyor - Ceremi Stronq, "Varislər"

Dram serialında ən yaxşı aktrisa - Zendaya, "Eyforiya"

Ən yaxşı televiziya filmi - "Qüsursuz"

Ən yaxşı mini serial - "Gözətçilər" (HBO). (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.