Maraqlı

Altını isladan uşaqların valideynlərinə önəmli məsləhətlər

9 Noyabr 2020 23:50
Baxış: 1 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli həkim Etem Pişkin uşaqlarda altını islatmağın çox rastlanan bir xəstəlik olduğunu və bunun başqa xəstəliklərin xəbərçisi olduğunu deyib.

Milli.Az medicina.az-a istinadən həmin xəbəri təqdim edir:

Həkim təxminən 100 uşaqdan 15-də bu hala rastlandığını qeyd edib. Uşaqlarda 5 yaşına qədər altını islatmağın normal olduğunu amma bununla bərabər başqa problemlər olarsa diqqətli olmağı məsləhət görür: "Uşaq idrar zamanı yanma hiss edərsə, kəsik-kəsik sidiyə çıxarsa, gündə 8-dən çox və ya 3-dən az gedərsə, bunun başqa səbəbləri ola bilər. Bu anaları yoran və uşağın psixologiyasına mənfi təsir edən bir haldır. Daha əvvəl altını islatmayan, hər-hansı şikayəti olmayan, idrar kontrolunu saxlayan uşaqlar daha sonradan altını islatmağa başlayarsa diqqətli olmaq lazımdır. Doğumdan sonra altını isladanla, daha sonradan edən uşaq arasında fərq var. Çox su içən, sidiyə çox gedən və gecələr altını isladan uşaqlarda mütləq şəkəri yoxlanılmalıdır. Bu hal oğlanlarda qızlara nisbətən daha rastlanır. həmçinin burada ailə faktoru da önəmli rol oynayır".

"Uşağınıza qışqıraraq deyil, həkimlərlə birlikdə həll yolu axtarmaq lazımdır"

"Yaş irəlilədikcə altını islatma halları azalır. Bunun əsas səbəblərindın biri sidik torbasındakı əzələlərin toplanması, inkişafı və uşağın özünü idarə etməyə başlamasıdır. Ailələr uşaqların bunu istəyərək etmədiklərini bilməlidir. Valideynlər hirslənmə, qışqırma, şiddət göstərmə kimi hərəkətlərdən uzaq durmalıdır. Bunun bir çox müalicə üsulları var. Bunu ona bağıraraq deyil, həkimlərlə birlikdə həll etməyə çalışın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.