Maraqlı

Bu ölkədə milyarderə dəbdəbəli yaşamaq qadağan edilib

18 Sentyabr 2020 08:20
Baxış: 2 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məhkəmə "HNA Group" kompaniyasının rəhbəri, çinli milyarder Çen Fenin dəbdəbəyə pul xərcləməsini qadağan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məhkəmə bu addımı kompaniyanın borcları səbəbindən atıb.

Sahibkara bundan sonra gündəlik həyatda və işdə vacib olmayan əşyaları almağa icazə verilməyəcək. Ona təyyarədə uçmaq və sürət qatarından istifadə etmək də qadağan olunub. Çen Fen, eyni zamanda, daşınmaz əmlak ala, bahalı təmir edə, dəbdəbəli otelə yerləşə, klublara gedə və bahalı ofisləri icarəyə götürə bilməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.