Maraqlı

Hər zaman zövqlü görünməyin 5 sirri - FOTO

5 Oktyabr 2020 04:30
Baxış: 2 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Payızla bağlı romantik xəyallar quran hər bir qadın sentyabrın gəlişi ilə moda cərəyanlarını daha yaxından araşdırmağa və öyrənməyə başlayır. Qüsursuz görüntü yaratmaq üçün xanımlar ilk növbədə instaqram blogerlərinin stillərini nəzərdən keçirir.

Milli.Az modapərəstləri zövqünüzü nümayiş etdirməyinizə kömək edən bəzi stil tövsiyələri ilə tanış edir.

Bir neçə çaları bir dəstdə elə birləşdirin ki, bir-biri ilə harmoniya təşkil etsin

Payızın başlanğıcı qarderobunuzu tünd və tək rəng geyimlərlə doldurmaq üçün səbəb deyil. Bununla birlikdə, birləşdirmək istədiyiniz çalarlarların vəhdəti düşünülmüş olmalıdır. Məsələn, köynəkdəki manjetlərlə şalvarın rəngi, yaxud da şərfdəki naxışla çantadakı detallar oxşar ola bilər.

Bej tonlarının solğun görünməsinin qarşısını almaq üçün onu digər rənglərlə uzlaşdırın

Bej çalarlarla təzadlı detallar obrazı daha ifadəli edəcək. Ağ, qara və ya qızılı rənglər əlavə etmək dəstin yalnız səliqəli deyil, həm də zövqlü görünməsi üçün kifayətdir.

Ayaqqabını yubka, şalvar və kolqotkanın rənginə uyğun seçin

Yubka, şalvar və kolqotkanın rənginə yaxın olan ayaqqabılar silueti əla vurğulayır. Bu hiyləni anlamaq üçün fotoya nəzər salın. Bir neçə detalın eyni ahəngdə olması həm də boyu vizual olaraq uzun göstərir.

Bir neçə fakturanı bir dəstdə uyğunlaşdırın

Monoxrom qara dəstə fərqli fakturalar əlavə edildiyi təqdirdə darıxdırıcı olmayacaq. Payızın moda trendini izləmək və təpədən dırnağa qara rəngdə geyinmək istəyirsinizsə, müxtəlif materiallarla oynayın - alternativ olaraq cinslə pambıq köynək və ya atlas qırçınlı yubka ilə yun jaket geyin. Bu vəziyyətdə qara dəst drammatik və vahiməli görünməyəcək, əksinə daha çox diqqət cəlb edə biləcksiniz.

Rahat idman geyimlərini zərif klassika ilə birləşdirin

Belinizin incəliyini vurğulamaq üçün bol trikotaj donları kəmərlə uzlaşdırın. Eyni zamanda yumşaq keçədən tikilmiş fedora şlyapa görüntünün əsas ştirixinə çevriləcək. Stilləri qarışdırmaqdan çəkinməyin - düşünülmüş eklektizm yalnız zərif zövq duyumuna malik olduğunuzu bildirəcək. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.