Maraqlı

Lucid Motors ikinci modelini nümayiş etdirib - FOTO

20 Sentyabr 2020 22:30
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lucid Motors şirkəti söz verdiyi kimi, Air elektrik sedanının təqdimatı zamanı, növbəti modeli olan elektrik krossoverini nümayiş etdirib. Doğrudur, "nümayiş etdirib" bir qədər təmtəraqlı səslənir, lakin istehsalçı əsasən yeni modelin görünüşünü barədə mülahizə yürütmək imkanı verən tizer qalereyasını dərc edib.

Təəssüf ki, krossoverin texniki hissəsi barədə məlumat verilməyib. Yeganə məlum olan, krossoverin sedanla eyni platformanı və texnologiyaları bölüşəcəyidir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bundan əvvəl, Lucid Motors şirkətinin icraçı direktoru Piter Roulinson rəqiblərini, xüsusilə də Rivian şirkətini, super iri (və ağır) batareyalara üstünlük verdiklərinə görə tənqid etmişdi.

Beləliklə, Lucid krossoverinin batreyasının maksimal enerji tutumunun sedan ilə eyni olacağını güman etmək olar - 113 kilovat-saat. Belə batareya quraşdırılmış Air sedanı cərəyan yükləmədən 832 kilometrə qədər məsafə qət edə bilir. Bununla belə, krossoverin yürüş diapazonunun əhəmiyyətli dərəcədə az olacağını əminliklə söyləmək olar.

Krossoverin də sedan kimi premium seqmentə aid olacağını da güman etmək olar. Lucid Air sedanının ABŞ-dakı satış qiyməti 80 ilə 169 min dollar arasında dəyişir. Əlbəttə ki, krossover bir qədər bahalı olacaqdır.

Xatırladaq ki, Roulinson Lucid markasının model xəttini daha əlçatan qiymətə olan elektromobillər ilə genişləndiriləcəyinə söz verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.