Maraqlı

“Google” şirkəti “Android 11” mobil əməliyyat sistemini istifadəyə verib

12 Sentyabr 2020 08:51
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti "Android 11" mobil əməliyyat sisteminin yekun versiyasını çıxarıb. Korporasiya bu haqda rəsmi "YouTube" kanalında məlumat verib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Android 11" sisteminin bir neçə beta versiyası 2020-ci ilin yaz-yay aylarında təqdim edilib. ƏS-nin relizi hələ ki az sayda qurğular üçün əlçatandır: "Pixel 2", "3", "3A", "4" və "4A", həmçinin "OnePlus 8" və "8 Pro". Sonuncular hələ ki yalnız ABŞ, Hindistan və Avropa ölkələrində yenilənmə ala bilər.
 
"Android" sisteminin 11-ci versiyası ötən il istifadəyə verilmiş 10-cu versiya ilə müqayisədə az dəyişib. Beşinci nəsil mobil şəbəkələrində işin nativ dəstəyi genişləndirilib və proqramlarda məxfilik sistemi təkmilləşdirilib.
 
 
"Android 11" versiyasının başqa yenilikləri arasında əməliyyat sisteminin interfeysində edilmiş kiçik dəyişiklikləri qeyd etmək olar: genişləndirilmiş emodji siyahısı, başqa çoxməsələlik menyusu və ekrandan videonu standart vasitələrin köməyi ilə yazmaq imkanı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.