Maraqlı

Ultrabənövşəyi şüalar vasitəsilə koronavirusu məhv edən robot hazırlanıb

9 Sentyabr 2020 23:57
Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyalı tədqiqatçılar güclü ultrabənövşəyi şüalar vasitəsilə koronavirusu məhv edən robot hazırladıqlarını bəyan ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, robot Tokionun İtabaşi rayonunda yerləşən şirkətin və "Nihon" Universiteti yanında fəaliyyət göstərən xəstəxananın əməkdaşları tərəfindən hazırlanıb.

Robotun güclü ultrabənövşəyi şüalar buraxan lampalarla təchiz edildiyi bildirilir. Həmin lampalar vasitəsilə ultrabənövşəyi şüalar buraxan robot müstəqil şəkildə hərəkət edərək, divarda və döşəmədə yerləşən virusları məhv edir.

Robotu hazırlayan tədqiqatçılar qrupunun rəhbəri Aida Yoko bildirib ki, keçirilən sınaqlar zamanı özündən ultrabənövşəyi şüalar buraxan robot otaqdakı virusları müəyyən vaxt ərzində məhv edərək, onların miqdarını heçə endirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.