Maraqlı

“Xaç atası 3” alternativ sonluqla ekranlara çıxacaq

5 Sentyabr 2020 11:10
Baxış: 1 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rejissor Frensis Ford Koppola "Xaç atası 3" (The Godfather 3) filmini yenidən redaktə və bərpa etmək, həmçinin filmin başlanğıcı ilə sonunu dəyişdirmək niyyətindədir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə "Deadline" xəbər yayır.

Yeni versiya filmin 30-cu ildönümü münasibətilə dekabr ayında məhdud icarə ilə satışa çıxarılacaq. Yalnız bundan sonra film striminq platformalarında izlənilə bilər.

"Xaç atası 3" filmi 1990-cı ildə ekranlara çıxıb. Süjetin mərkəzində cinayətkar keçmişi ilə əlaqə yaratmağa çalışan və imperatorluğuna layiqli varis axtaran 60 yaşlı Maykl Korleone dayanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.