Maraqlı

Yeni mövsümdə boz-bej pencəklər klassik qaranı əvəz edəcək - FOTO

21 Avqust 2020 23:15
Baxış: 1 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstənilən rəng və geyimlə uzlaşan boz və bej pencəklər payızda modapərəstlər xanımların qəlblərini fəth etməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, bu soyuq tonlar ən az qara qədər funksionaldır.

Soyuq boz və isti bej kimi mürəkkəb rənglər neytrallığı özündə birləşdirə bilib ki, bunun sayəsində qarderobun baza geyimləri arasında özünəməxsus yer tutacaq. Keçən həftə başa çatan Kopenhagen Moda Həftəsində yerli fəşn blogerləri bunu öz obrazlarında göstərdilər. Modapərəstlər boz-bej pencəkləri dəri şort, klassik şalvarlar və eyni çalarlı toplarla birləşdirmişdi.

Məlum oldu ki, hətta portağal aksesuarları da onunla yaxşı gedir. Əslində boz və bej hər hansı rəng qamması ilə mükəmməl uyğunlaşacaq və sonsuz qara pencək kolleksiyanıza da aydınlıq gətirəcək. Üstəlik həm sarışınlara, həm də əsmərlərə eyni dərəcədə yaraşır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.