Maraqlı

“Honor Hunter” oyun noutbukları hazırlanır

15 Avqust 2020 08:21
Baxış: 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin telekommunikasiya nəhəngi "Huawei" şirkətinə məxsus "Honor" markası yeni seriyalı portativ kompüterlərin hazırlanmasını bildirən rəsmi təsvirləri dərc edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, söhbət "Hunter" seriyalı oyun noutbuklarından gedir. Bundan əvvəl internetdə noutbukların gözlənilən nümayişi barədə məlumatlar dərc olunub, indi isə bu informasiya tərtibatçı tərəfindən təsdiqlənib.

Şəkillərdə gələcək oyun mobil sistemlərinin loqotipi nümayiş olunur. Qurğular nazik korpusa malik olacaq və effektiv soyutma sistemi ilə təchiz ediləcək.

Qeyri-rəsmi məlumatlara görə, noutbuklar "AMD" aparat platforması üzərində qurulacaq. Həmçinin səkkiznüvəli qabaqcıl "Ryzen 7 4800H" prosessorunun, eləcə də "NVIDIA" qrafik sürətləndiricisinin tətbiq ediləcəyi ehtimal olunur.

15,6 düym diaqonallı "Honor Hunter" portativ oyun kompüterlərinin nümayişi yaxın vaxtlara planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.