Maraqlı

Payızın ən dəbli şalvarları - FOTO

17 Avqust 2020 02:30
Baxış: 1 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il dizaynerlər yeni kolleksiyalar yaradarkən rahatlığa və praktikliyə üstünlük verib. Odur ki, gözəllik və rahatlığın dəbli vəhdəti qarşımıza daha çox çıxacaq.

Milli.Az xəbər verir ki, boş enli şalvarlar yeni dəb trendinin bariz göstəricilərindəndir. Bu cür kişi kəsimi əksinə, görünüşə qadınlıq və zəriflik verir. Bununla birlikdə, geniş şalvarlar bədən quruluşunda bir çox qüsurları örtməyə imkan verir. Boyunuz hündür deyilsə, narahat olmağa dəyməz, vəziyyətdən çıxış yolu həmişə var - onlar hündürdaban ayaqqabılarla birləşdirilməli və şalvarın balağı dabanın ortasına qədər örtməlidir. Yaxud da ayaqları vizual olaraq uzun göstərən şaquli zolaqlı modellər seçilməlidir.

Payızda qalın parçalara üstünlük verməlisiniz: məsələn, yeni mövsümdə məxmər və ya az dəri modellər aktual olacaq. Gündəmin əsas çalarlarında qırmızı və ənənəvi qəhvəyi dəri palazzo şalvarlar dayanır. Dizaynerlər payızda dəri dəstlər geyinməyi tövsiyə edər, odur ki, obrazı dəri gödəkçə, palto və ya pencəklə birləşdirə bilərsiniz. Payız mövsümündə boz klassik qara rəngin hakimiyyətini əlindən alacaq. Bozun 50 çalarına bütün geyim və aksessuarlarda görmək olar, o cümlədən şlavarlarda. Boz şalvarları istənilən rəng palitrası ilə uzlaşdırmaq asan olacaq. Odur ki, onlar qarderobun universal baza geyimi siyahısında liderdir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.