Maraqlı

"Forbes" jurnalı ən çox qazanan aktyorların siyahısını açıqladı

11 Avqust 2020 18:07
Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Forbes" jurnalının versiyasına görə, Amerika aktyoru və prodüseri Dueyn Conson bu il də ən çox qazanan aktyorların reytinqinə başçılıq edib.

Milli.Az APA-ya istinadla bildirir ki, 12 ay ərzində Conson 87.5 milyon dollar qazanıb.

O, təkcə bu il "Netflix"də nümayiş olunacaq "Red Notice" serialından 23.5 milyon dollar əldə edib.

Siyahıda iki yerdə kanadalı aktyor Rayan Reynold dayanır, o, 71.5 milyon dollar qazanıb.

Üçlüyü amerikalı Mark Uolberq tamamlayır.

"Forbes"in reytinqində daha sonra Ben Afflek (55 milyon dollar), Vin Dizel (54 milyon dollar), Bollivud ulduzu Akşay Kumar (48.5 milyon dollar) və Brodvey müzikllarının yaradıcısı Lin-Manuel Miranda (45.5 milyon dollar) dayanır. Siyahının onluğunu Uill Smit (44.5 milyon dollar), Adam Sendler (41 milyon dollar) və Ceki Çan (40 milyon dollar) tamamlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.