Maraqlı

Koronavirusa yoluxmuş müğənni xəstəxanaya yerləşdirildi

11 Avqust 2020 13:24
Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa yoluxmuş Rusiya və Belarus müğənnisi Rita Dakota xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.

"Xəbərlər çox ürəkaçan deyil: briqada gəldi, mənim vəziyyətimə baxdı, bütün göstəricilərimi ölçdü və qanımda çox az oksigen olduğunu söylədi. Nəticə belədir - məni xəstəxanaya yerləşdirirlər", - Dakota danışıb.

Qeyd edək ki, müğənninin COVID-19-a yoluxması ötən həftə məlum olmuşdu. Artistin sözlərinə görə, xəstəlik yalnız üçüncü dəfədən təsdiqlənib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.