Maraqlı

Tailandda nəsli kəsilməkdə olan pələnglər aşkarlandı

11 Avqust 2020 20:40
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tailandın qərb hissəsində dörd il ərzində ilk dəfə nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş pələnglər qeydə alınıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Tailandın Vəhşi Təbiət Departamenti və Vəhşi Pişiklərin Mühafizəsi Təşkilat bildirib ki, onlar Hind-Çin pələnglərinin fotolarını qeydə alıblar.

Keçən əsr bu növün sayı təxminən yüz min idi, indi onların sayı cəmi 3 900-dür.

Amma onlar aşkarlandıqları ərazidə çox azdırlar, mütəxəssislər bu heyvanların dəqiq sayını müəyyənləşdirməlidirlər. Pələnglərin görünməsi ekosistemin bərpa olunduğunu göstərir, bu vəhşi təbiətin bütün nümayəndələri üçün yaxşıdır.

Ekspertlər ümid edirlər ki, Tailandda pələnglərin əvvəlki sayı bərpa olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.