Maraqlı

Ərə getdiyini açıqlayan modelin yalanı üzə çıxdı - FOTO

9 Avqust 2020 16:49
Baxış: 1 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyalı iş adamı Pedro de Noronha model Tülin Şahin ilə bağlı məhkəməyə müraciət edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, o, Tülinin qızları Siena Leylayı ona göstərmədiyini iddia edib.

İş adamı məhkəməyə müraciət edərək Tülinlə rəsmi nikahlarının olmadığını, münasibətlərinə də son qoyduqlarını bildirib. Pedro xaricdə yaşadığı üçün dəfələrlə qızını görüntülü zənglə görmək istədiyini, amma modelin buna imkan vermədiyini əlavə edib.

Məhkəmə iş adamının hər ayın ilk yeddi günü, saat 12:00-17:00 arasında ana və dayəsi də yanlarında olmaq şərtilə qızı ilə görüşməsi barədə qərar verib.

Qeyd edək ki, Tülin Şahin ötən ilin aprel ayında Noronha ilə Portuqaliyada nikah masasına oturduğunu açıqlamışdı. Cütlüyün noyabrda qızları dünyaya gəlmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.