Maraqlı

Parlamentin iclasına mini ətəkdə qatılan deputat sərt tənqidə tuş gəldi

8 Avqust 2020 15:09
Baxış: 1 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi koreyalı deputat Ryu Hoçjonun parlamentin iclasına mini ətəkdə gəlməsi tənqidə və ictimai müzakirələrə səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 27 yaşlı R.Hoçjon parlamentin ən gənc deputatıdır.

Qadın millət vəkili onu tənqid edənlərə cavabında qeyd edib ki, parlamentin nüfuzu və fəaliyyəti millət vəkillərinin geyiminə görə qiymətləndirilməməlidir.

O əlavə edib ki, tənqidlərə rəğmən, bəyəndiyi geyimdə parlamentin iclaslarında iştirak etməkdə davam edəcək.

R.Hoçjonun təmsil olunduğu "Ədalət partiyası" da hadisəyə münasibət bildirib.

Partiyanın yaydığı bəyanatda qeyd olunur ki, qadın siyasətçinin fəaliyyətinə görə yox, xarici görünüşünə əsasən müzakirə edilməsi təəssüf doğurur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.