Maraqlı

Azərbaycanlı Rusiyanın ən zəngin milyarderi oldu - FOTO

7 Avqust 2020 17:13
Baxış: 2 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı iş adamı Süleyman Kərimov Rusiyanın ən zəngin milyarderinə çevrilib.

Milli.Az "Forbes" jurnalına istinadla xəbər verir ki, Vladimir Potanin Rusiyanın ən zəngin sahibkarları siyahısında birinciliyini itirərək, yerini Süleyman Kərimovun ailəsinə verib. Ekspertlərin hesablamalarına görə, ötən günlə müqayisədə Süleyman Kərimovun sərvəti 1,6 milyard dollar artıb və 24,7 milyard dollara çatıb. Qeyd edək ki, Vladimir Potaninin kapitalı 24,6 milyard dollar (+562 milyon dollar) dəyərində qiymətləndirilir.

Bildirildiyi kimi, Kərimov Rusiyanın milyarderləri arasında birinci dəfədir ki, birinci yer alır. Mütəxəssislərin fikrincə, bu artımın əsas səbəbi qızılın qiymətindəki yüksəliş olub. Belə ki, Kərimovun ailəsi "Plus" qızıl-mədən şirkətində 78,6%-lik paya sahibdir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.