Maraqlı

Dünya şöhrətli model: "Özümü faydasız hiss edirəm"

8 Avqust 2020 16:00
Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üz proporsiyasına görə dünyanın ən gözəl qadını sayılan 23 yaşlı model, fələstin əsilli Bella Hədid karantin dövründə çəkdirdiyi fotolarını paylaşıb. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, "Instagram" səhifəsində paylaşılan şəkillərdə üzündə qrim olan supermodel yataq otağında hamam dəsmalına bürünərək poza verib.

Model deyib ki, "500 gündür" özünü tamamilə faydasız hiss edir. Çünki pandemiya dövründə özünütəcrid rejiminə riayət etməyə və evdə qalmağa çalışıb. Karantin dövründə müxtəlif yeməklər hazırlayıb paylaşan model, eyni zamanda dülgərlik və təsərrüfatla məşğuldur. Bundan başqa, Hədid izləyicilərinə evdə oturarkən necə makiyaj etməyi öyrədib.

Ulduzun çəkdirdiyi şəklin fonundakı Odri Hepbernin portretləri izləyicilərin diqqətini cəlb edib. Bella aktrisanın şəkillərindən ilhamlandığını yazıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.