Maraqlı

Polis pizza sifarişi ilə şikayət edən qadını belə xilas ETDİ

7 Avqust 2020 07:55
Baxış: 1 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada şiddətə məruz qalan qadın polisə zəng edib, pizza sifariş edərək kömək istəyib.

Milli.Az xəbər verir ki, İtaliyanın Turin şəhərində sevgilisi tərəfindən döyülən qadın pizza sifariş etmə bəhanəsi ilə polisə zəng edib. Ancela adlı qadının hara zəng etdiyinin fərqində olub-olmadığını soruşan polis, təhlükə olduğunu hiss edərək üç dəqiqə sonra hadisə yerinə gəlib. Raul adlı 31 yaşlı şəxs polis tərəfindən saxlanılıb. Məlum olub ki, Raul televizorun işləməməsinə əsəbiləşərək sevgilisinə və onun oğluna şiddət göstərib. Gənc qadın sevgilisindən qorxduğu üçün o yatan zaman pizza sifariş etmək adı ilə evə polis çağırıb. Qadının bu hərəkəti sosial mediada böyük marağa səbəb olub. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.