Maraqlı

Bezos "Amazon"un bir milyon səhmini 3,1 milyard dollara satıb

7 Avqust 2020 03:32
Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amazon.com Inc" rəhbəri Ceff Bezos kompaniyanın bir milyon səhmini 3,1 milyard dollardan baha qiymətə satıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat kompaniyanın avqustun 5-də Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya (SEC) göndərdiyi sənəddə yer alır.

Bu il bir müddət öncə Ceff Bezos "Amazon" kompaniyasının 4,1 milyard dollarlıq səhmlərini də satmışdı.

Qeyd edək ki, koronavirus infeksiyası səbəbindən elan olunan pandemiya şəraitində internet-riteyler xidmətlərinə tələbatın kəskin artması fonunda "Amazon" kompaniyasının səhmləri 73 faiz bahalaşıb. Beləliklə, "Bloomberg Billionaires" indeksinə görə, Ceff Bezosun varidatı 74,9 milyard dollar artaraq 189,8 milyard dollara çatıb. Hazırda "Amazon"un rəhbəri kompaniyanın 54 milyondan çox səhminə sahibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.