Maraqlı

Təkəbbürə səbəb olan 6 amil

9 Avqust 2020 19:15
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən mömin insan belə təkəbbür edə blir və yerinə yetirdiyi ibadətlərlə Allah yanında hansısa məqama çatdığını düşünür. Ancaq unudur ki, Allahın bəndəsinin ibadətinə ehtiyacı yoxdur. Bu bəndədir ki, öz ibadətləri ilə təkamül nərdivanını bir-bir qalxar.

Bəs bu yersiz təkəbbürlərə nə səbəb olur?

1. Həqarət hissi. Təkəbbürün yaranmasına səbəb olan mühüm amillərdən biri həqarətdir. İnsanın maddi və mənəvi çatışmazlıq hiss etməsidir. Bu həqarətin səbəbkarları ola bilsin ki:

a) Evin daxilindən olsun (ata, ananın təhqiri, yoxsul həyat).

b) Ya məktəbdən və cəmiyyətdən olsun (müəllimlərin və ya ətrafında olanların təhqiri).

c) Fərdi problemlərinə görə olsun. İstedadının az olması, az huşa malik olmağı, çirkin siması və bədəni kimi. İmam Sadiq (ə) buyurur: "Heç bir insan təkəbbür etməz, məgər nəfsində gördüyü həqarət və zillətə görə". İmam Əli (ə) buyurur: "Təkəbbür həqarəti aşkar edəndir".

2. Varlıq aləmini tanımamaq. İnsan əgər nə qədər aciz və zəif olduğunu dərk etsə, təkəbbür etmək üçün yeri qalmaz. "Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən (nə qədər qüvvətli olsan da) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən". ("İsra" 37). İmam Əlinin (ə) buyurduğu kimi, əvvəli iylənmiş su və sonu murdar olan bir insan öz varlığı ilə necə qürurlana və təkəbbürə edə bilər ki?

3. Maddi nemətlərdən bəhrələnmək. Bəzən insan çoxlu maddi nemətə, gözəlliyə, yüksək istedadlara malik olduğu üçün özü ilə qürurlanar və təkəbbür edər. Nəticədə başqalarına təhqiredici baxışlarla baxar.

4. Nəslinin zadəgan və ya böyük insanlardan olması. Bəzi insanların təkəbbür etməsinin səbəbi nəsillərinin dahi insanlar və zadəgan olmasına görədir. İstər vəzifəli şəxsin övladı olsun, istərsə də böyük alimlərin övladları kimi. Şeytan (lən) da özünü Adəmdən (ə) üstün bildiyi üçün ona səcdə etməmişdi.

5. Özünü üstün bilmək. Təkəbbürə səbəb olan beşinci amil insanın özünü başqalarından üstün bilməsidir. Buna zalım hökumətləri və hegemonları misal gətirmək olar ki, özlərini daha üstün bildiklərinə görə başqalarına zülm edir və onları zəif hesab edirlər. Əhli-Beytdən (ə) nəql edilir: "O kəsin ki, yaşı sizdən çox olar - onu özünüzdən üstün bilin. Çünki o, ola bilsin ki, sizdən çox ibadət etmişdir. Əgər yaşı az olarsa - yenə də onu üstün bilin. Ola bilsin ki, az günaha düçar olubdur. Əgər sizinlə eyni yaşdadırsa deyin ki, ola bilsin ibadəti məndən çoxdur və günahları məndən azdır".

6. Cahil ibadət. Təkəbbürə səbəb olan amillər içərisində ibadət də vardır. Ancaq necə ibadət? O ibadət ki, Allah rizası üçün olmasın, insan özünü göstərmək və riya üçün ibadət etsin. Desin ki, mən ki, bu qədər namaz qılıram və ibadət edirəm, namaz qılmayanlardan daha üstünəm. Halbuki, şeytan (lən) da Allaha 6 min il ibadət etmişdir. Hətta mələklərin pişnamazı olmuşdur. Ancaq aqibətinin nə olduğunu hamımız yaxşı bilirik. Ona görə də heç bir mömin yerinə yetirdiyi ibadətləri ilə qürurlanmamalı, onları az hesab etməli, özünü başqalarından üstün bilməməlidir. (

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.