Maraqlı

Kim olduğunu düşünürsən? Təkəbbürün formaları

9 Avqust 2020 20:15
Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təkəbbürün formalarını tanıyaq:

1. Allah qarşısında təkəbbür etmək. Əgər insan Allah qarşısında təkəbbür edərsə, Allaha itaətsizlik etmiş olar. Bu insanın imanı olmaz. O kəs ki, Allah qarşısında təslim olar, təkəbbür etməz. "Əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə cəhənnəmə daxil olacaqlar". ("Ğafir" 60). Əslində insan bu atəşə təkəbbürünə görə layiq olar. Bəzən insan Allaha qürur edər. Bu insan özünü ehtiyacsız hiss etdiyi üçün belə edər. Elə bilər ki, bütün aləmdən və insanlardan üstündür. Quran bu insanlar haqqında buyurur: "(İnsan bu nemətlər üçün şükür edirmi?! Xeyr). Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər! Özünü ehtiyacsız gördüyü üçün". ("Ələq 6-7). Elə bu ehtyacsızlıq hissi onu süqut etdirər. Təkəbbür iblisin (lən) qovulmasına səbəb olur. "Allah buyurdu: "Sənə əmr etdiyim zaman, səcdə etməməyinə nə mane oldu?". Dedi: "Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır)". ("Əraf" 12).

2. Həzrət Peyğəmbər (s) qarşısında təkəbbür etmək. Milli.Az deyerler.org-a istinadən bildirir ki, təkəbbürün ikinci növü Həzrət Peyğəmbər (s) qarşısında təkəbbür etməkdir. Məhz təkəbbür bais olmuşdur ki, çox sayda peyğəmbər (ə) öz risalətlərini yerinə yetirə bilməsinlər. Peyğəmbərlərin (ə) əksər hissəsi yoxsul və orta həddə olan insanlar olduğu üçün, zənginlər onlara təkəbbür edir və özlərini üstün bilirdilər. "Buna görə də dedilər: "Qövmləri bizim qulumuz və bizə müti ola-ola, özümüz kimi iki insana iman gətirək?"". ("Muminun" 47). Nuhun (ə) qövmü məhz təkəbbür etidiyi üçün imandna boyun qaçırtmışdılar.

3. Yaranmışlara edilən təkəbbür. Əgər bəzi insanların əlinə bir qədər sərvət gələrsə, o zaman özündən aşağıda olanlara qarşı təkəbbür edər. Ustad Hüseyn Ənsarian bu təkəbbür haqqında buyurur: "Allahın xəlqinə edilən təkəbbür Allaha təkəbbür etmək kimi həlakedicidir. Hər bir halda o kəs ki, özünü başqalarından üstün görər, zaman keçdikcə Allaha da qürur edər".

Mərhum Molla Möhsen Feyz Kaşani bu haqda deyir: "Təkəbbürü meydana gətirən ilk amil - elmdir. İmam Baqir (ə) elmin bəlası haqqında buyurur: "Elmin böyük bəlası - təkəbbürdür".

İnsanları süqut etdirən başqa bir amil - yaxşı əməllərinə görə təkəbbür etməkdir. Ayətullah Məkarim Şirazı buyurur: "Təkəbbürün başlanğıcı budur ki, insan ancaq özünü görər. Üstünlüyünü nəzərə alar və elə bilər ki, ətrafında olanlardan üstündür. O zaman ki, özünü hamıdan üstün bilir, belə hesab edər ki, hamı gərək onun ətrafında fırlansın".

Bu insanlar özlərini həmişə üstün hesab etdikləri üçün başqalarına alçaq nəzərlərlə baxarlar. Təkəbbürün müalicə yolu - təvazökarlıqdır. Təvazökarlıq təkəbbürün əksi olduğu üçün, onu müalicə edər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.