Maraqlı

Həzrət Adəm iblisdən (lən) üzüm ağacını necə aldı?

9 Avqust 2020 19:45
Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Əba Abdullah (ə) buyurur: "O zaman ki, Həzrət Adəm (ə) behiştdən yerə enir, behişt meyvələrindən yeməyə meyil edir. Ona görə də Allah Təala ona behiştdən iki budaq üzüm endirir. Adəm də bu iki budağı əkir və o zaman ki, yarpaqlayır və meyvə gətirir, İblis gəlir və onun ətrafına divar çəkir.

Həzrət Adəm ona buyurur: "Ey məlun, sənə nə olub ki, belə edirsən?

İblis deyir: "Bu iki ağac mənim malımdır".

Adəm deyir: "Yalan deyirsən".

Nəhayət öz aralarında qərara gəlirlər ki, Ruhul-qudus nə desə, ona razı olacaqlar. Onun yanına gələn zaman Adəm əhvalatı ona danışır. Ruhul-qudus da bir qədər atəş götürür və o ağacların üzərinə səpir. Hər iki ağacın budaqları alovlanır. O həddə ki, Adəm qorxur bir şey qalmayacaqdır. İblis də eyni təsəvvürdə olur.

Atəş çata bildiyi yerə çatır və o iki ağacın üçdə ikisini yandırır. Üçdə biri sağlam qalır. Ruhul-qudus Adəmə deyir: "O şey ki, yanıb və aradan gedibdir, İblisin bəhrəsidir. O şey ki, qalıbdır - sənin bəhrəndir". (Həvzəh)

Allah Təala bizləri iblisin (lən) şərindən Amanda saxlasın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.