Maraqlı

Tərsliyi necə müalicə etmək olar?

9 Avqust 2020 20:20
Baxış: 1 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk olaraq tərsliyin yaranma səbəblərinə diqqət edək. Bəzən tərsliyin kökləri insanın özündə olur, bəzən qarşı tərəfdə və bəzən də hər ikisində. Tərsliyin yaranmasına səbəb olan bəzi amilləri tanıyaq:

1. İnsanların bir-birini düzgün başa düşməməsi.
2. Diqqəti cəlb etmək.
3. Davamlı olan danlamalar.
4. Təkəbbür və lovğalıq.
5. Mənfi mübahisə etmək.
6. Dava edən zaman düzgün olmayan yollardan istifadə etmək.
7. Həddən artıq gözləntidə olmaq.


Bəs bu xəstəliyi necə müalicə edə bilərik?

1. Tədricən. Rəzil sifətlər insan şəxsiyyətində tədricən meydana gələr. Ona görə də gözləmək lazım deyildir ki, bu sifəti bir gündə müalicə etmək mümkün olacaqdır. Əgər doğru yolda olsaq, əmin olmalıyıq ki, gec-tez nəticə əldə edə biləcəyik.

2. Davamlı şəkildə danlamalardan çəkinmək lazımdır. Çünki bu hal tərslik alovunu gücləndirər. İnsan elə bilər ki, başqalarının gözündə heç bir dəyəri yoxdur. Ona görə də ilk növbədə insanın etimadını qazanmaq lazımdır. İmam Əli (ə) buyurur: "Danlamaqda həddi aşmaq, tərslik şöləsinin alovlanmasına bais olar".

3. Təhrikedici hərəkətləri islah etmək. Adətən insan o zaman tərslik edir ki, cəm içində olur. Bəzən bu insanlar tərslik edən insanın bu rəzil sifətini tərifləyir və mədh edirlər. Ona görə də əgər belə insanı müalicə etmək istəyiriksə, bunu tənha olan zaman etmək lazımdır.

4. Müsbət sifətlərin gücləndirilməsi. İnsanın mənfi sifətləri olduğu kimi, müsbət sifətləri də mövcuddur. Əgər biz tərs olan insanı müalicə etmək istəyiriksə, gərək onun etimadını qazanaq və onun müsbət sifətlərini gücləndirməyə çalışaq. Belə insan bizimlə özünü rahat hiss edər və bizim dediklərimizə qulaq asar və onları yerinə yetirməyə çalışar.

5. Yanlış fikirləri islah etmək. Bəzən insan səhvən belə düşünür ki, haqq onunladır. Qarşı tərəf onun haqqını yemək istəyir. Bu cür fikirlər insanı dava etməyə sövq edir. Ona görə də ilk əvvəl bu fikirləri islah etmək lazımdır.

6. Fərdi fərqlər. Rabitə zamanı insanların fərdi fərqlərinə diqqət etmək lazımdır. Çünki hər bir insanın özünəməxsus şəxsiyyəti vardır. Əgər insanın ağlı dərindirsə, onu məntiqli sübutlarla yola gətirmək mümkündür. Yox, əgər dayazdırsa, onunla məntiqli söhbətlərin təsiri olmayacaqdır. Onlarla hiss yolu ilə rəftar etmək lazımdır. (Həvzəh)

Hər bir halda tərslik elə xəstəlikdir ki, onu müalicə etmək olar, sadəcə tərslik edən insanın bunu istəməsi kifayətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.