Maraqlı

İsveçrədə ilk dəfə elektrik motorlu təyyarələrə uçuş sertifikatı verilib

5 Avqust 2020 22:48
Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrədə ilk dəfə elektrik motorlu təyyarələr üçün uçuş sertifikatı verilib. Sloveniyanın "Pipistrel" şirkətinin istehsalı olan "Velis Electro" adlı təyyarələrdən əsasən təlim məqsədilə istifadə olunacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, avtomobil sənayesinin ardınca aviasiyada da elektrik mühərriklərinin tətbiqi genişlənir. Sloven şirkətinin təqdim etdiyi "Velis Electro" modeli isə dünyada yanma mühərriki ilə çalışmayan ilk təyyarədir. Cəmi 600 kiloqram çəkisi olan təyyarə ilə 50 dəqiqəlik uçuş mümkündür. Ekologiyaya heç bir zərər vurmayan bu model yaşayış ərazilərindəki əhalini də narahat etmir, çünki təyyarə havada olarkən mühərrikin maksimal 60 desibel səsini yerdən eşitmək mümkün deyil. Ekoloji təmizliyi və səssiz uçuş imkanı bu təyyarələrin yaxın gələcəkdə geniş tətbiqinə yol aça bilər.

İndiyədək elektrik təyyarələri üçün beynəlxalq sertifikatlaşma həyata keçirilmədiyinə görə, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) İsveçrə və Fransanın mülki aviasiya təhlükəsizliyi qurumları ilə birlikdə bu prosesi həyata keçirib. 82 at gücündə mühərriklə təchiz olunan təyyarə gələcəkdə mülki aviasiyada yeni dövrün başlanğıcını qoya bilər.

İsveçrənin "Alpine Airlpanes" şirkəti ümumilikdə 14 təyyarədən ibarət donanması ilə ölkə üzrə on təlim mərkəzində həvəskar pilotların hazırlanmasını həyata keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.