Maraqlı

Dünyanın ən gənc milyarder xanımları - FOTOlar

4 Avqust 2020 18:09
Baxış: 1 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ölkə.az-a istinadən dünyanın 7 ən gənc milyarder xanımı haqqında məlumatı oxuculaırna təqdim edir.

İlk növbədə 22 yaşlı Keyli Cenner dayanır.

Forbesin bu ilin aprelində Amerikada nəşr edilən sayında milyarderlərlə bağlı reytinq cədvəlində ən gənc milyarder xanımı kimi tarixə düşüb. O bu kapitalı öz şəxsi səyi hesabına qazanıb. Model və bloger olan Keylinin sosial şəbəkələrdə 270 milyon izləyicisi var və bunun əsasında da sosial şəbəkədə "Kylie Cosmetics" brendini yaradıb. O ötən payızda  600 milyon dollar həcmində dəyərləndiirlən səhmlərinin 51 faizini kosmetika sahəsi üzrə nəhng şirkət olan  "Coty"-ə satıb. Ekspertlər onun varidatını 1,2 milrd dollar həcmində dəyərləndirir. Qeyd edək ki, may ayında Forbes onu milyarderlər titulundan silib. Buna da səbəb maliyyə maxinasiyası səbəb olub. Onun varidatını 900 milyon dollar həcmində qiymətləndiriblər.

Keylidən sonra ikinci ən gənc milyarder xanım 23 yaşlı Aleksandra Andersendir.

Aleksandra da böyük bacısı kimi vardatına görə, atasına borcludur. O atasına məxsus Fred şirkətinin 42,2 faizlik səhminə sahibidir.

Böyük bacısı Katarinadan fərqli olaraq Aleksandra bizneslə məşğul olmaq niyyəti yoxdur. O öz həyatını at idmanına həsr etmək niyyətindədir. Aleksandra at idmanı üzrə üçqat Norveç çempionudur.

Aleksandranın 24 yaşlı bacısı Katarina Anderson da dünyanın ən varlı gənc xanımları siyahısında yer alıb.Foto: Forbes

Katarinanın varidatı 1,2 milyard dollar həcmində hesablanır. O da atasının sahib olduğu Fred şirkətinin 42,2 faizlik səhminə sahibdir.

Katarina it tərbiyə etməyi, xizək sürməyi,  dəbdəbəli gecələr eçirməyi, şopinq etməyi çox sevir.
Məsələn 2017-ci ildə alkoqolu avtomobil idarə etdiyinə  Katarina 30,4 min dollar cərimələnib.

Naşir milyarder Xyubert  Burda və aktrisa Marin Furtvenqlerin  28 yaşlı qızı Elizabet Furtvenqlerin varidatı 1,3 milyard dollar həcmində dəyərləndirilir.

O atasının sahib olduğu  "Burda Media Group"un 25 faizlik səhminə  sahibdir. 28 yaşlı Elizabet "Burda Media Group"un Direktorlar Şurasının üzvüdür.  Buna baxmayaraq biznes Elizabeti o qədər də cəlb etmir. O əsasən  Lisa Fon   adı ilə mahnılar yazıb ifa edir. Elizabet musiqi karyerasınadək  Kembricdə  musiqi tarixini öyrənib. 

Elizabet  2016-cı ildə anası ilə birlikdə Malisa Foundation fondunu yaradıblar  və bu fondun əsas fəliyyət istiqaməti  qadın və qızlara qarşı  zorakılıqla mübarizədir.

29 yaşlı Liza Drakslaymer avtomobil komplektləşdirən şirkətin sahibidir. Onun rəhbərlik etdiyi konsernin  2019-cu ildəki dövriyyəsi 5,5 milyard dollar həcmində olub.  Lizanın varidatı da 1,3 milyard dollar həcmində dəyərləndirilir. Lizanın rəhbərlik  etdiyi "Dräxlmaier" zavodunun istehsal etdiyi avtomobil ehtiyat hissələri Audi, BMW, Cadillac, Mercedes-Benz, Land Rover, Maserati, Porsche və Teslanın yığılması zamanı istifadə olunur.

29 yaşlı alman Liza ictimaiyyətin diqqətini özünə cəlb etməyi sevmir. O təsadüf hallarda sosial və dini tədbirlərdə görünər.

33 yaşlı Yeva Mariya Braun-Lyudik də 1,2 milyradlıq varidatla Forbesin  reytinq cədvəlində ən gənc xanımlar siyahısında yer alıb. Yeva Mariya tibbi avadanlıq  istehsal ilə məşğul olan "B.Braun Melsungen" şirkətinin 12 faizlik səhminə malikdir. 

Forbesin reytinq cədvəlində 6,1 milyard dollarla yer alan  ən gənc xanım milyarderlərin siyahısında  36 yaşlı Aqnet Kirk Tinqard da var.

O atası, qardaşı, bacısı ilə birlikdə babası Ole Kirk Kristiansenin "Lego Group"  oyuncaq imperiyasının 75 faiz səhmlərinə malikdirlər.

Aqnet özü at idmanı üzrə peşəkar idmançıdır. O Danimarkanın  Olimpiya oyunları üzrə milli yığmasının üzvüdür.  Aqnet iki dəfə  Dünya Kubokunun final yarışına düşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.