Maraqlı

Karantin qaydalarını pozan Əməkdar artist cərimələndi

4 Avqust 2020 10:45
Baxış: 3 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın Tver Rayon Məhkəməsi Rusiyanın Əməkdar artisti, balerina Anastasiya Voloçkovanı Nijeqorod vilayətində Serafimov-Diveyevsk monastırını ziyarət etdiyi üçün 40 min rubl məbləğində cərimə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

"40 min rubl məbləğində inzibati cərimə şəklində cəza təyin edilib", - agentliyin həmsöhbəti deyib.

İki həftə əvvəl də həmin məhkəmə Voloçkovanı fövqəladə vəziyyətin yaranması təhlükəsi zamanı qaydaların pozulmasına görə 20 min rubl məbləğində cərimələmişdi. Bu inzibati protokol da, həmçinin onun Diveyevoya ziyarət etməsi ilə bağlı idi.

Aprelin ortalarında həmin monastırın onlarla sakinində koronavirus aşkarlanmışdı. Aprelin 25-dən monastır karantində idi, eyni tədbirlər Diveyevo kəndi ilə əlaqədar da tətbiq edilmişdi.

İyunun 11-dən Serafimo-Diveyevsk monastırında karantin ləğv olunmuşdu, lakin Diveyevo kəndi çətin epidemioloji vəziyyət səbəbindən əvvəlki kimi karantində qalmaqdadır. Ümumilikdə Diveyevsk rayonunda koronavirusa 424 yoluxma halı qeydə alınıb.

Buna baxmayaraq, Voloçkova monastırı ziyarət etmək qərarına gəlib - nəticədə onun barəsində "fövqəladə hallar zamanı davranış qaydalarını yerinə yetirməmək" və "əhalinin sanitariya-epidemioloji rifahını təmin etmək sahəsində qanunvericiliyin pozulması" ilə əlaqədar inzibati protokollar tərtib edilib.

Balerinanın xahişi ilə protokollar baxılması üçün Moskvaya, onun yaşadığı yerə göndərilib. Voloçkova bildirib ki, Diveyevoda karantinin olması barədə məlumatlı olmayıb. Buna cavab olaraq, regional polisin Mətbuat Xidmətindən bildiriblər ki, Diveyevoya daxil olmağa çalışan bütün şəxslər nəzarət postlarında saxlanılırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.