Maraqlı

Di Kaprio "Apple" ilə eksklüziv müqavilə imzaladı

4 Avqust 2020 08:03
Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Leonardo di Kaprio və ona məxsus "Appian Way" studiyası "Apple" şirkəti ilə eksklüziv müqavilə imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müqaviləyə əsasən tərəflər birgə film və televiziya layihələri hazırlayacaqlar.

Bildirilir ki, daha əvvəl bənzər müqavilələr di Kaprio tərəfindən "Warner Bros" və "Paramount Pictures" şirkətləri ilə imzalanıb, lakin bu müqavilələrdə televiziya kontentləri barədə danışılmayıb.

"Apple" artıq "Appian Way" studiyası ilə Devid Qranın eyniadlı əsəri əsasında "Ay gülünün qatili" filminin çəkilişlərinə 200 milyon dollar investisiya etməyə hazır olduğunu bildirib. Dramanın rejissoru Martin Skorseze seçilib. Şimali Amerikada filmi "Apple TV+" servisi, beynəlxalq arenada isə "Paramount" təqdim edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.