Maraqlı

Mercedes-Benz yeni sinif təsis etmək niyyətindədir

13 Avqust 2020 20:01
Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-Benz markası yeni sinif yaratmaq niyyətindədir. Autoblog nəşrinin şirkət daxilindəki mənbələrinə istinadən verdiyi xəbərdə, yaxın üç il ərizndə alman markasının model xəttində Mercedes-Benz CLE modeli peyda olacağı yazılır. Yeni model C- və E sinifləri arasında yerləşəcək və bir sıra modelləri əvəz edəcəkdir.

Autoblog nəşrinin bildirdiyinə görə, Mercedes-Benz şirkəti yeni CLE modelini 2023-cü ildə buraxmağı planlaşdırır. Yeni avtomobil alman markasının model xəttində C- və E-siniflərinin arasında yerləşəcək və indeksindəki CL hərflərini diqqətə alsaq, mövcud olan CLA və CLS modelləri kimi kupeşəkilli sedan olacaqdır. Ehtimalla görə, yeni modelin kuzov çeşidində kabriolet və şutinq breyk kuzovları da mövcud olacaqdır. Daxili rəqabətin qarşısını almaq üçün, CLE modelinin C-Class Coupe, C-Class Cabriolet, E-Class Coupe və E-Class Cabriolet modellərini əvəzləyəcəyini gözləmək olar.

CLE sinif modellərinin 2,0-litrlik turbomühərrikin əsasında yaradılmış yeniu hibrid güc qurğusu, avtomatik ötürmələr qutusu, həmçinin arxa ötürmə və 4Matic tam ötürməsi ilə təchiz ediləcəyi ehtimal olunur.

Bu ilin fevral ayında Mercedes-Benz növbəti iki il ərzində 32 yeni modeli, o cümlədən EQ xəttindən olan bir neçə elektomobili, One hiperkarını, yeni sedanları, 20 qoşulan (plug-in) hibridləri buraxacağını elan edib. Alman markasının planları arasında Smart markasının model çeşidini genişləndirilməsi də vardır. CLE modelinin bu planın tərkib hissəsi olduğunu ehtimal etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.