Maraqlı

Lexus NX 300h modeli F Sport modifikasiyasına və "qara" versiyaya sahib olub - FOTO

15 Avqust 2020 19:01
Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021 model ilinin Lexus NX 300h hibrid krossoveri ilk dəfə olaraq F Sport modifikasiyasına və Black Line Special Edition adlı "qara" versiyaya sahib olub.

Lexus NX krossoveri altı ildir ki istehsaldadır və bu müddət ərzində yalnız bir dəfə cüzi yenilənməyə məruz qalıb. Hibrid krossoverə olan marağı artırmaq üçün, 2021-ci model ilinin Lexus NX 300h modelini F Sport modifikasiyasında təklif etməyə başlayıblar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, ənənəvi olaraq, belə modifikasiyalar daha aqressiv eksteryeri və asqının idman tənzimləmələri ilə  fərqlənilər. Əvvəllər F Sport  tərtibatı yalnız adi NX krossoverlərinin imtiyazı idi. Hibridlər isə yalnız standart spesifikasiyada təklif olunurdular. Artıq bu haqsızlıq aradan qaldırılıb. Bundan əlavə, son dəbə uyğun olaraq, Lexus şirkəti NX krossoverinin "qara" versiyasını da təqdim edib.

Black Line Special Edition adlandırılmış tərtibat dəsti tündləşdirilmiş xrom eksteryer bəzəkləri , F Sport kataloğundakı incə hörgüyə malik olan qara  radiator barmaqlığı və geniş çeşiddə opsiyalar ilə fərqlənir. Bu ospiyalara misal kimi tam ötürmə sistemini, qızdırılan və havalandırılan oturacaqları, ayaq hərəkəti ilə açılan baqaj qapağını və interyerin kuzov rəngində olan tikişlərini göstərmək olar.

Black Line Special Edition modifikasiyası üçün rəng palitrası üç yeni rəng ilə genişləndirilib: qara Obsidian Black, ağ Ultra White və mavi Grecian Water. Lexus NX 300h F Sport Black LineSpecial Edition modeli 1000 nüsxəlik tirafla buraxılacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.